Azərbaycanda zavodda partlayış: Ölən var

FHN məlumat yaydı.

 

Balakən rayonunda zavodda partlayış hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınıb.

 

Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.

 

bizimesr.az


Загрузка...


Oxunub: 7619 dəfə