Qonşunun qulağını kəsib tulladılar

Bu  gün səhər saatlarında Ağdaş rayonunda maraqlı hadisə baş verib.

 

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, rayonun Vaqif küçəsində yaşayan qonşular arasında dava düşüb. Nəticədə dava tərəflərdən birində iştirak edən İlham Rzayevin qulağı kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin onun kəsilmiş qulağının tapılmadığı bildirilir.

Hadisəni törədən və davada iştirak edən bir neçə şəxs isə rayon polis şöbəsinə aparılıb.

 

Qeyd edək ki, hadisəni törədənlər içkili vəziyyətdə olublar.

 

bizimesr.az


Загрузка...


Oxunub: 4965 dəfə