88 yaşlı qadın oğlunun evində yanıb öldü

Bu gün günorta saatlarında Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 82-də rayon sakini Rəsul Nəcəfova məxsus evdə yanğın hadisəsi baş verib.

 

Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, hadisə yerinə dərhal 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər ev sahibinin anası, 88 yaşlı Şəfiqə Nağıyevanı yanan evdən çıxarsalar da o, yanğın zamanı aldığı xəsarətlərdən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

bizimesr.az


Загрузка...


Oxunub: 4860 dəfə