“Azərpoçt”un 3 filial rəhbəri işdən qovuldu

“Azərpoçt” MMC-nin 3 filialının rəhbəri işdən qovulub.

Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb: “Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə digər siyahıda adları olan filial rəhbərləri də işindən azad olunacaq” (APA).

 

bizimesr.az


Загрузка...


Oxunub: 3836 dəfə