Əhali Nardaranda baş verənlərlə bağlı nə deyir...- VİDEOSORĞU

Nardaranda baş verən hadisələr bu həftənin gündəminə damğasını vurdu; Polislə Nardaran dindarları arasında baş verən silahlı insident zamanı 4 nəfər qəsəbə sakini və 2 nəfər polisin həlak olması vəziyyəti bir qədər də gərginləşdirdi.

Artıq 4 gündür ki, Nardaran əhalisi qəsəbənin girişindəki "İmam Hüseyn" meydanını tərk etmir. Nəhayət ki, bu gün Nardaran kəndində ağsaqqallar toplantı keçirərək “İmam Hüseyn" meydanın boşaltmağa qərar veriblər və meydan boşaldılıb.

Bir neçə gün ərzində baş verən bu hadisələr xüsusən paytaxt əhalisi tərəfindən narahatlıqla izlənib. Vətəndaşlar ölkədaxili sabitliyin pozulacağından narahatdırlar.

Baş verənlərlə bağlı ictimai rəyi öyrənmək üçün musavat.com şəhər sakinləri arasında sorğu keçirib.

Sakinlərdən əksəriyyəti bu hadisələri təxribat kimi dəyərləndirərək, baş verənləri pisləyiblər.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

bizimesr.az

Загрузка...




Oxunub: 6606 dəfə