Ermənistanda son sutkada daha 593 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

  • Bölmə: Dünya  
  • Tarix: 2 iyl 2020 [10:53]

Ermənistanda son sutka ərzində daha 593 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

 

“Sputnik Armenia” xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 26 658 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 6 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 459 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 15 036 nəfərdir.


Загрузка...


Oxunub: 142320 dəfə