Serbiyada fövqəladə vəziyyət elan edildi

  • Bölmə: Dünya  
  • Tarix: 23 iyn 2020 [12:04]

Serbiyada leysan yağışlardan sonra çayların daşması nəticəsində ölkənin 7 rayonunda fövqəladə vəziyyət elan edilib.

 

Məlumata görə, ölkənin qərbində aramsız yağışlar bir neçə gündür ki, davam edir.


Bir neçə yaşayış məntəqəsi su altında qalıb. Bir körpü tamamilə dağılıb.


Ətraf qəsəbələrdən 50-yə yaxın sakin təxliyə edilib.


Sinoptiklər bu vəziyyətin bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.


Загрузка...


Oxunub: 146200 dəfə