Azərbaycanda ilk - 2 qadın prokuror təyin edildi

  • Bölmə: Siyasət  
  • Tarix: 19 iyn 2020 [15:29]

Azərbaycanda ilk dəfə qadınlar prokuror təyin edildilərProkurorluq orqanlarında kadr dəyişiklikləri olub.

 

Bu barədə Baş prokuror Kamran Əliyevin əmr imzalayıb.


Baş prokurorun imzaladığı əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilib. Növbəti əmrlə o, Qobustan rayon prokuroru təyin edilib.


Bundan başqa, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin edilib.


Baş prokurorun imzaladığı digər əmrlərlə Taryel Ələkbərov Lənkəran Rayon Prokurorluğuna, Ramin Hüseynov isə Göyçay Rayon Prokurorluğuna təyinat alıblar.


Загрузка...


Oxunub: 14930 dəfə