Hindistan-Çin sərhədində insident - 20 hərbçi həlak oldu

  • Bölmə: Dünya  
  • Tarix: 17 iyn 2020 [18:00]

İnsident Hindistan və Çin arasında sərhədi əvəz edən regiondakı faktiki nəzarət xəttində baş verib. 


Bizimesr.az xəbər verir ki, Hindistan hökuməti Ladax vilayətində Kəşmirlə qonşuluqda yerləşən Çin hərbçiləri ilə toqquşmalar nəticəsində 20 Hindistan hərbçisinin həlak olduğunu bəyan edib.
Məlumata əsasən bu, 45 il ərzində regionda Hind-Çin sərhədini əvəz edən faktiki nəzarət xəttində hərbçilərin ilk ölüm faktıdır.
Əvvəl Hindistan Ordusu Qalvan vadisində baş vermiş toqquşmada üç hərbçinin – bir zabit və iki əsgərin həlak olduğunu bildirmişdi. Lakin sonradan məlum olub ki, daha bir neçə nəfər yaralananlar dünyasını dəyişib.


Загрузка...


Oxunub: 16890 dəfə