Xəbər saytları evdən, TV və radiolar isə məhdud sayda işçi ilə işləyəcək

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 4 iyn 2020 [17:36]

“Xəbər saytlarının evdən işləməsi mümkündür”.


Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarının məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur: “Televiziyalara tövsiyə edilib ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarına bu barədə məlumat verilib”.


Загрузка...


Oxunub: 22380 dəfə