ABŞ polisindəki Rusiya agenti ifşa olundu - FOTO

  • Bölmə: Maraqlı  
  • Tarix: 3 iyn 2020 [16:57]

ABŞ-ın Hyuston (Texas) şəhərində keçirilən etirazlarda polislərdən birinin qolunda rus dilində "Rusiya" sözü ilə döymə görünüb. 

 

Bizimesr.az  “Telegram-kanal 360tv”yə istinadən xəbər verir ki, sözügdən foto yerli jurnalist Stiv Kempionun (Steve Campion) Tvitterində dərc edilib.


Fotoşəkildə həmirqlilərinin hüquqları uğrunda etiraz aksiyasında iştirak edən qaradərililərdən birinin polislə salamlaşdığı kadr yer alıb. Həmin polis məmurunun çiynində rus dilində "Rusiya" sözü ilə döymə görünüb.


Bundan başqa, yuxarıda "ovsk"la bitən başqa bir söz görünür. Sözün sönluğuna görə, bu, ehtimal ki, Rusiya şəhərlərindən birinin adıdır. Fotoya istinadən ABŞ hüquq-mühafizə orqanlarına sataşan “Telegram-kanal”ı  Amerika əməkdaşları sırasında rus agentinin olmasına zarafatla da olsa işarə verib.

 


Загрузка...


Oxunub: 30800 dəfə