Abituriyentlərin universitet və ixtisas seçimi asanlaşdırılır

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 3 iyn 2020 [15:14]

Azərbaycanda abituriyentlərin universitet və ixtisas seçimini asanlaşdıracaq "İŞIQ" adlandırılan veb-platforma yaradılır.


Bunu İnnovasiya Agentliyinin startaplara dəstək və akselerasiya şöbəsinin proqram koordinatoru Zaur Ünsizadə deyib.


Onun sözlərinə görə, yerli mütəxəssislərin startap layihəsi Arizona Dövlət Universitetinin professoru ilə birgə işlənilir.


"Daha çox yerli kütlə üçün nəzərdə tutulan bu layihə bir növ karyera bələdçisi rolunu oynayacaq. Bir çox hallarda orta məktəbi bitirən gənclər universitet və ixtisas seçimində çətinliklərlə qarşılaşır. Onlar bilmirlər hansı universiteti bitirdikdən sonra nə işlə təmin olunacaqlar. Bu seçimi asanlaşdıracaq spesifik testlər hazırlanır ki, onların vasitəsilə abituriyentlər düzgün seçim edə biləcək. Testlərin spesifikliyi isə həm şəxsiyyətin, həm də bacarıqların təyin edilməsindən ibarətdir. Layihənin demo variantı hazırdır, lakin tam olaraq istifadəyə verilməsi iyunun sonuna gözlənilir", - deyə Z. Ünsizadə qeyd edib./apa/


Загрузка...


Oxunub: 16150 dəfə