İllik qiymətlərindən narazı qalan şagirdlərin nəzərinə

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 2 iyn 2020 [17:47]

"İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq. Burada hüquqi bir zərurət var ki, iyun ayından avqustun 20-nə qədər müəllimlər məzuniyyətdə olurlar".

 

Məlumata görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.
O deyib ki, digər tərəfdən şagird müraciətlərini məktəb tam toplamalı və bir plan hazırlamalıdır: "Elə məktəb ola bilər ki, heç kim müraciət etmir, eləsi də var ki, kifayət qədər müraciət olur. Planlaşdırma üçün ən yaxşı vaxt məhz 20-29 avqust nəzərdə tutulub".


Загрузка...


Oxunub: 18400 dəfə