Şagirdlər dərslikləri nə vaxt qaytaracaq?

  • Bölmə: Siyasət  
  • Tarix: 2 iyn 2020 [17:29]

Təhsil işçilərindən, məktəb və sinif rəhbərlərindən xahiş edirəm ki, Təhsil Nazirliyinin verdiyi təlimatları diqqətlə oxusunlar. XI siniflərin dərsliklərini qaytarması bu il iyunun 15-nə qədər davam etməlidir.


Məlumata görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.


Onun sözlərinə görə, II-IV, VI-VIII, X siniflərdə bu proses 1-15 avqustda proses davam edəcək. I-V siniflərdə dərsliklərin qaytarılması 1-15 sentyabrda davam edəcək. İstənilən fiziki təmas prosesində Operativ Qərargahın qaydalarına əməl edilməlidir.


Загрузка...


Oxunub: 25130 dəfə