Prodüsser etiraf etdi: oliqarxlar məşuqələrini pulla...- FOTO

  • Bölmə: Maqazin  
  • Tarix: 2 iyn 2020 [16:42]

“Bir çox oliqarxlar öz məşuqələri üçün “şöhrəti” satın alır”.

 
Bizimxeber.az bildirir verir ki, bunu Rusiyanın əməkdar artisti, bəstəkar və prodüser Viktor Drobış “NTV” kanalına müsahibəsində deyib. 


Müxtəlif vaxtlarda Valeria, Kristina Orbakaite, Natalya Podolskaya, Qrigoriy Leps, Stas Pyexa, Slava, Yelena Vaenqa, Nikolay Noskov və Nastastya Samburskaya və digərlərini “Ulduz” edən prodüser etiraf edib ki, heç kimdən qorxmur, çünki pulu vicdanla qazanır: "Mən hesab edirəm ki, varlanmaq və ya hansısa zənginlik yenə də uğurla paralel gedir. Əgər sən pulu oğurlamırsansa, əgər sən dövləti talamırsansa, büdcədən oğurlamırsansa, doğrudan da vicdanla işləyirsən...


Mən, məsələn, fəxr edə bilərəm və hamıya məmnuniyyətlə açıq deyə bilərəm ki, "Buran nənələri" mahnısına görə bir neçə yüz min dollar qazanmışam. Mən bu barədə qürurla, açıqca danışa bilərəm, vergi tutulacağından qorxmuram. Mən heç nədən qorxmuram və xalqın "Ah, bu Drobış necə əclafdır" deyəcəyindən də qorxmuram”.


Viktor Drobış yeni başlayan gənc bəstəkarlara məsləhət də verib: “Mahnıları baha satmağa çalışmayın. Əsas uzun illər üçün bir hit yazmaqdır və onun icrasına sərf olunan müəllif pulları, ailənin büdcəsini sabit şəkildə dolduracaq”. 


Lakin Viktor Drobış qeyd edib ki, onun əsas mənfəət mənbəyi yaradıcılıq istehsalatıdır.O, konsertlərdən və sənətkarların albomlarından mənfəət əldə edir.
Victor Drobış məşuqələri üçün pul xərcləyən oliqarxların sayının artdığını da vurgulayıb: "Məşuqələri üçün pul xərcləməyə hazır olan oliqarxlar ortaya çıxıb. Onların sayı artır. Fərqi yoxdur gizli və ya aşkar məşuqələri üçün pul ödəməyə hazırdırsa (çiyinlərini çəkərək gülür)...


Tez-tez insanlar deyirlər: "Mən indi fit verəcəyəm, Drobış qaçaraq gələcək". Bilirsiz, bəzən də qaçıram. Fadeyev də, Matviyenko da qaçır. Meladze də, yəqin ki, gəlir. O, dəyişkən oğlandır. Və sual yaranır: satılım və ya satılmayım? İndi açıq-aşkar etiraf edirəm".


Viktor Drobış qeyd edib ki, o, həmin şəxslərdə potensialı görməsə, satılmır.

 

 

 

 

 

 

 

 


Загрузка...


Oxunub: 71140 dəfə