Qubernator ordunu xalqın üzərinə göndərməkdən imtina etdi

  • Bölmə: Dünya  
  • Tarix: 2 iyn 2020 [16:00]

Oreqon ştatının qubernatoru Keyt Braun, Portland meri Ted Uillerə etirazçıların qarşısını almaq üçün şəhərə Milli Qvardiyanı yeritmək barədə xahişini rədd edid. Bizimesr.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.


"Mer Uiller həftə sonlarında Milli Qvardiyanı səfərbər etməyi və onları etirazçılarla qarşıdurmaya göndərməyi xahiş edib. Bu, merin, Milli Qvardiyanı səfərbər etməyi xahiş etdiyi ilk hal deyil və mən də həmişəki kimi imtina etdim", - deyə qubernator Braun bildirib.


Qubernatorun sözlərinə görə, ötən gecə o, Oreqon polisindən əlavə olaraq Portland zabitlərini göndərməsini istəyib. Braun bildirib ki, şəhərə 100 polis və 50 nəfər Milli Qvardiya döyüşçüsü göndərib, lakin onların yalnız "köməkçi funksiya"nı yerinə yetirəcəklərini vurğulayıb.


Oregon rəhbəri bildirib ki, əsgərlərin küçələrə səpələnməsinmi ABŞ prezidenti Donald Tramp istəyib.  “New York Times” qəzeti yazır ki, Tramp, Dövlət qubernatorları ilə keçirdiyi video-online konfrans zamanı onlardan ciddi şəkildə iğtişaşlara qarşı sərt tədbirlər görməyi tələb edib.


Qəzet həmçinin yazır ki, Tramp "üsyan haqqında"1807-ci ilin Qanununu işə salmaq niyyətindədir. Bu federal qanun dövlət başçısının üsyanı yatırmaq üçün ölkənin ərazisində qoşun yerləşdirmək səlahiyyətlərini tənzimləyir. Əks halda, Milli Qvardiyanın bölmələrinin işə salınması məsələsini qubernatorlar həll edirlər.


Загрузка...


Oxunub: 14840 dəfə