Sabah Bakıda 32, regionda 38 dərəcə isti olacaq

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 2 iyn 2020 [13:16]

İyunun 3-də Bakıda  və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.   


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq. 


Tibbi-meteoroloji proqnoz:


İyunun 3-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Загрузка...


Oxunub: 12570 dəfə