Boksçu Mayvezer Corc Floydun dəfn xərclərini qarşılayacaq

  • Bölmə: İdman  
  • Tarix: 2 iyn 2020 [12:50]

Amerikalı boksçu Floyd Mayvezer ABŞ-da  polis tərəfindən qətlə yetirilən qaradərili Corc Floydun dəfn mərasiminin xərcini ödəmək istədiyini bildirib.

 

Bizimesr.az “TMZ”-yə istinadən xəbər verir ki, boksçuya məxsus TMT Musiqi leyblının baş direktoru Ənzəl Jennings uşaqlıqdan Floydla tanış olub. Məlum olub ki, mərhumun ailəsi Mayvezerin yardımını qəbul etməyə razılıq verib. Boksçunun nümayəndələrinin sözlərinə görə, o, "ürəyinin ona nə dediyini"edir.

 

Qeyd edək ki, Mayvezer məğlubedilməz boksçu kimi tarixə düşüb. Onun aktivində peşəkar boksda 50 qalibiyyət var. Son dəfə 2017-ci ilin avqustunda rinqə çıxıb. İrlandiyalı Konor Mc.Gregoru texniki nakautla məğlub edib.


Загрузка...


Oxunub: 28340 dəfə