Bloger Mehman Hüseynovda xərçəng aşkarlanıb - İsveçrədə müalicə alır

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 2 iyn 2020 [10:59]

Tanınmış bloger Mehman Hüseynovda onkoloji xəstəlik aşkarlanıb. Mehman hazırda İsveçrədə müalicə alır.

 

Bu barədə Mehmanın İsveçrədə yaşayan qardaşı Emin Hüseynov məlumat yayıb.

 

Emin Hüseynov açıqlamasında bildirib ki, bir neçə həftə əvvəl Cenevrə Universiteti Xəstəxanasının Onkoloji Mərkəzinin həkimlər Mehmana xərçəng diaqnozu qoyublar. Eyni zamanda həkimlər onun 2 mərhələ müalicədən sonra sağalacağını deyiblər. İkinci mərhələ şişin cərrahi yolla çıxarılacaq.


Emin Hüseynov bildirib ki, qardaşının xəstəxanaya yerləşdirilməsi, müalicəsi və əməliyyatı üçün cəmi 74 min CHF (CHF 1.00 = 1.04 ABŞ dolları) lazımdır.


Загрузка...


Oxunub: 11690 dəfə