Haftar ordusu qələbə qazandığını bəyan etdi

  • Bölmə: Dünya  
  • Tarix: 1 iyn 2020 [17:30]

Liviya Milli Ordusunun (LMO) feldmarşalı Xəlifə Haftar Liviyada yeni qələbə qazandığını bəyan edib. 


Bizimesr.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iyunun 1-də LMO nümayəndəsi Əhməd əl-Mismari bildirib.


Onun sözlərinə görə, Haftar ordusu Tripolidən 100 kilometr məsafədə yerləşən əl-Asabiya şəhəri üzərində nəzarəti bərpa edib.
O bildirib ki, bu nəticə, əl-Cebel əl-Qarbi şəhərində təkfirçi qruplaşmaları üzərinə bir sıra aviasiya zərbələri və hücumlardan sonra əldə olunub.
Qeyd edək ki, şəhər mayın 21-dən etibarən Milli Razılıq Hökuməti (MRH)tərəfindən idarə olunurdu.


Загрузка...


Oxunub: 13010 dəfə