Amerika polisi etirazçıları güllələdi – ölən var

  • Bölmə: Dünya  
  • Tarix: 1 iyn 2020 [15:00]

ABŞ-ın Luisvill şəhərində polis Corc Floydun qətlə yetirilməsi ilə əlaqədar başlanan nümayişlər zamanı etirazçıları güllələyib.


Bizimxeber.az “The Independent”ə istinadən xəbər verir ki, hadisə gecə yarısı baş verib.


Şəhərdə komendant saatı tətbiq olunduğu üçün yerli polis və Milli Qvardiya əməkdaşları ərzaq mağazasının dayanacağında toplaşan kütləni dağıtmaq məqsədilə atəş açıb.
Qarşıdurma zamanı ən azı bir nəfər həlak olub. Onun şəxsiyyəti hələlik açıqlanmır. Luisville Polis İdarəsi Departamentinin rəisi bildirib ki, hüquq-mühafizə orqanları artıq bir neçə şahiddən  izahat alıb. Faktla bağlı araşdırmalar aparılır.


Загрузка...


Oxunub: 8690 dəfə