Avropanın ən bahalı futbol klubları açıqlanıb

  • Bölmə: İdman  
  • Tarix: 29 may 2020 [14:08]

KPMG auditor şirkəti Avropanın ən bahalı futbol klublarının reytinqini açıqlayıb. 

 

Bizimesr.az xəbər verir ki, statistika “Football Benchmark” saytında dərc edilib.


Madridin "Real" klubu liderdir. Onun dəyəri 3,478 milyard avro təşkil edir.İkinci yerdə 3,342 milyardlıq "Mançester Yunayted" yer alıb."Barselona" 3,193 milyard avro ilə üçüncü olub.Ən bahalı komandaların onluğuna "Bavariya" (2,878 milyard), "Liverpul" (2,658 milyard), "Mançester Siti" (2,606 milyard), "Çelsi" (2,218 milyard), "Tottenham" (2,067 milyard), "PSJ" (1,911 milyard) və "Arsenal" (1,852 milyard) daxildir.


Hesabat 1 yanvar 2020-ci il tarixinə klubların qiymətləndirilməsi üzrə aparılıb.


Qeyd edək ki, ötən il dünyanın ən bahalı idman komandası Milli Futbol Liqasında (NFL) çıxış edən "Dallas Kovboyz" olub. Forbes jurnalı franşizin dəyərini 5 milyard dollar, klubun mənfəətini isə ildə 365 milyon dollar məbləğində qiymətləndirib.


Загрузка...


Oxunub: 30890 dəfə