Azərbaycan əhalisi apreldə apteklərə 58 mln. manat xərcləyib

  • Bölmə: Siyasət  
  • Tarix: 28 may 2020 [13:35]

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 202,4 mln. manat xərcləyib.

 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,7% çoxdur.

 

Təkcə ötən ay əhaliyə 57,7 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da mart ayı ilə müqayisədə 8% çoxdur.

 

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.


Загрузка...


Oxunub: 12860 dəfə