Böhran: 200 şirkət müflis oldu

Cari ilin ilk rübündə ABŞ neft sənayesində müflis olduğunu elan edən şirkətlərin sayı 200-ü keçib. Bu barədə ABŞ-ın “Haynes and Boone” firmasının hesabatında bildirilib.


Hesabatda vurğulanıb ki, bu müddət ərzində həmin şirkətlərin ümumi borcu təxminən 130 milyard dollar təşkil edib: “Ən çox iflas edən şirkətlər Texas ştatında yerləşir. Burada 98 şirkət müflis olduğunu açıqlayıb”.


Bundan başqa, Norveçə məxsus “Rystad Energy” adlı enerji tədqiqat təşkilatının hesabatında neftin qiymətinin 30 dollar səviyyəsində qalacağı təqdirdə ABŞ-da daha 170 şirkətin iflas edəcəyi ilə bağlı xəbərdarlıq edilib.


Qeyd edək ki, yeni tip koronavirus dünyada bir çox sahələrə böyük zərbə vurub. Ən böyük böhran isə neft sektorunda yaşanıb. Ötən ay neftin qiymətində son 20 ilin ən aşağı göstəricisi qeydə alınıb.


Загрузка...


Oxunub: 14290 dəfə