Gürcü yepiskopunun Nərimanovla bağlı açıqlamasına sərt reaksiya verildi

  • Bölmə: Region  
  • Tarix: 27 may 2020 [16:00]

Xəbər veridiyimiz kimi, Marneuli və Hujabi yeparxiyasının Yepiskopu, Giorgi Camdeliani bazar xütbəsi zamanı, Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı olduğunu söyləmişdi. 

 

Bizimxeber.az xəbər verir ki, Yepiskopun bu ifadələri yerli azərbaycanlı icma arasında birmənalı qarşılanmayıb və ona tutarlı cavb ünvanlanıb. 


Belə ki, “Vahid Milli Hərakat” partiyasının deputatı Azər Süleymanov bildirib ki, Yepiskopu bir din xadimi olaraq düzgün mövqe tutmağa çağırıb: "Bizim hər bir dinə böyük hörmətimiz var, Gürcüstan müstəqil bir dövlətdir və bütün dinlər ölkəmizdə azaddır. Gürcüstanda yaşayan müsəlmanlar hər bir zaman bütün xristiyan dəyərlərinə böyük hörmətlə yanaşıb və hər bir zaman kilsələri də Allahın evi kimi görmüşük. İstər məscid olsun istər kilsə, bizə görə Allah evi olub. Ən əsası isə Gürcüstanın patriarxına, dini rəhbərinə böyük hörmətlə yanaşmışıq, onu ölkəmizə ağsaqqal kimi bilmişik və hər bir zaman məsləhətinə önəm vermişik.


Son zamanlarda bildiyiniz kimi, siyasətdəki kimi, İvanişvili dövründə artıq dində də müxtəlif çartlar əmələ gəldi. Marneuli keşişi dünənki bəyənatı ilə dindən kənara çıxaraq siyasətlə məşğul olmağa cəhd etdi. Hansı ki, onun verdiyi açıqlama, Nəriman Nərimanovun heykəlini uçurmağa hazırlaşdığını göstərir. Hətda o bu gün bu məsələni dövlət qarşısında da tələb edir".
A. Süleymanov yepiskopa məsləhətlər də ünvanlayıb: "Mən ona məsləhət edərdim ki, o siyasətlə deyil çəkilib öz işini icra etsə daha yaxşı olar. Yox əgər siyasətə baş qoşubsa o zaman deyim bilsin, Gürcüstanın çox bölgələrində lazımsız heykəllər var onlarla məşğul olsun. İlk öncə Abxaziyada Gürcüstana qarşı separatçılar tərəfindən vuruşan, eləcə də Qarabağda dinc azərbaycanlıların qanını tökən, Avakyanın Cavaxetiyadakı heykəlindən başlasın. Şaumiyan kəndinin adını dəyişsin, Stalinin ev muzeyindən başlasın, hansı ki, keçmiş Sovet dövründə sayısız hesabsız Gürcüstan vətəndaşını represiya etdi.


Təəssüf ki, Yepiskop Giorgi Camdeliani dindən kənara çıxıb və birbaşa bizim dəyərlərimizə toxunmağa başladı. O iki ölkə arasında problem yaratmağa cəhd edir və mən heçvaxt imkan vermərəm ki, Gürcüstanda, xüsusən bizim bölgədə hansısa bir dini problem və ya hansısa bir milli problem yaransın və mən hərkəsdən çox xahiş edirəm ki, bu gün emosyalarından kənar olsunlar və belə təxribatlara çox önəm verməsinlər, dövləti, dövlətçiliyi və Gürcüstanımızın inkişafını düşünsünlər", - deyə A. Süleymanov bildirib.


Загрузка...


Oxunub: 23290 dəfə