Cəbhədə erməni komandirin maşını vurulub

  • Bölmə: Hərb  
  • Tarix: 27 may 2020 [14:25]

Azərbaycan tərəfdən açılan atəş nəticəsində Ermənistan silahlı qüvvələrinin avtomobili yanıb.

 

Bizimesr.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan, facebook səhifəsində yazıb. Onun sözlərinə görə, atəş nəticəsində erməni hərbi hissələrinə məxsus "Nissan Patriot" markalı avtomobil yanıb: "Bəzi KİV-lər dünən Azərbaycan tərəfdən atəş nəticəsində "Nissan Patriot" markalı erməni hərbi hissələrindən birinin tabor komandirinin maşınının yandığı haqqında məlumat yayıblar. Qoşunların gündəlik fəaliyyəti zamanı belə insidentlər istisna edilmir, sərhəddə atəşlər hər gün olur, bunun nəticəsində həm bizim, həm də düşmənin hərbi texnikaları zədələnir.


Naxçıvanda istiqamətdə vəziyyət nisbətən sabit və nəzarətlidir, narahatedici hadisələr olmur. İnsident erməni silahlı qüvvələrinin ərazidə inşa etdikləri yeni istehkamlar rayonunda baş verib, Bəli, maşın yanıb, lakin tabor komandirinə xidmət etmir” –deyə Stepanyan bildirib .


Загрузка...


Oxunub: 16260 dəfə