Ermənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozub

  • Bölmə: Hərb  
  • Tarix: 27 may 2020 [10:01]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

 

Müdafiə Nazirliyi xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.


Загрузка...


Oxunub: 7920 dəfə