Rusiya Qələbə Paradı keçirəcək

  • Bölmə: Dünya  
  • Tarix: 26 may 2020 [17:08]

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı iyunun 24-də keçiriləcək.

 

Məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə keçirdiyi iclasda bildirib.


V. Putin Rusiyanın paytaxtı Moskva şəhərində və digər şəhərlərdə Qələbə Paradının keçirilməsinə hazırlıqla bağlı öz müvafiq tapşırıqlarını verib.
 
Rusiyada "Ölməz Alay" yürüşü isə paraddan sonra, 26 iyulda keçiriləcək. 


Qeyd edək ki, mayın 9-da keçirilməli olan Qələbə Paradı yeni növ koronavirus (COVID-19) təhlükəsinə görə təxirə salınıb.


Загрузка...


Oxunub: 10620 dəfə