İstirahət mərkəzlərində fiziki məsafə qorunacaq

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 26 may 2020 [14:45]

Çimərliklərdə və su istirahət mərkəzlərində çətir oxları və insanlar arasında fiziki məsafə qorunacaq.


Bizimesr.az-ın məlumatına görə, bu barədə Çimərliklərdə və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərdə bildirilib.


Qeyd edilib ki, fiziki məsafənin qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafə 4 m, insanlar arası fiziki məsafə isə 2 m (ailə üzvləri istisna olmaqla) olmalıdır. 
Metodiki göstərişlərdə bildirilib ki, mümkün olan ərazilərdə, döşəmədə işarələr yerləşdirilməlidir.


Загрузка...


Oxunub: 6790 dəfə