Qadın futbolçuları zorlayan prezident cəzalandırıldı

  • Bölmə: İdman  
  • Tarix: 26 may 2020 [14:14]

Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.


Bizimesr.az-ın məlumatına görə, buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.


Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.


Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir./apasport/


Загрузка...


Oxunub: 17250 dəfə