Rusiyada hərbi helikopter sərt eniş etdi - 4 nəfər öldü

  • Bölmə: Dünya  
  • Tarix: 26 may 2020 [10:43]

Rusiyanın Çukotka muxtar dairəsində hərbi vertolyot qəza səbəbindən sərt eniş edib. Qəza zamanı helikopterdə yanğın baş verib.  4 nəfər ölüb.

 

Hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.


Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.


Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib. 


RİA Novosti xəbər verir ki, yanğın söndürüldükdən sonra “M-8”in qara qutusu aşkar edilib.
Qutunun heç bir zədə almadığı bildirilir.


Загрузка...


Oxunub: 10620 dəfə