Kütləvi dini tədbirlərin keçirilməsinə icazə verilib

  • Bölmə: Dünya  
  • Tarix: 26 may 2020 [10:24]

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi tərəfindən pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb.

 

CNN-nin verdiyi məlumata görə, sözügedən tədbirlər zamanı müvafiq ayinlərin yerinə yetirilməsi zamanı maksim 100 nəfər toplaşa bilər. 


Tövsiyələrə görə, açıq havada keçiriləcək mərasimlərdə oturacaqlararası məsafənin azı 2 metr olması mütləqdir. 


Bundan əlavə, virusun hava damcı yolu ilə daha sürətlə yayılma təhlükəsi səbəbindən xor ifalarına, o cümlədən dini ədəbiyyatların və yaxud ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsinə icazə verilmir. 


Загрузка...


Oxunub: 6990 dəfə