Emin Hüseynov yeni Mədəniyyət naziri olacaq?

  • Bölmə: Siyasət  
  • Tarix: 21 may 2020 [17:02]

Mədəniyyət naziri Əbülfəz Qarayevin yerinə kimin təyin olunacağı ilə bağlı müxtəlif məlumatlar dolaşmaqdadır. Bu posta təyinat məsələsində bir neçə nəfərin adı çəkilir. 

 

Bizimxeber.az-a bildirir ki, yeni Mədəniyyət naziri postuna daha şanslı namizəd Emin Zamiq oğlu Hüseynov hesab olunur. Ehtimal ki, yaxın günlərdə Mədəniyyət naziri postuna məhz bu şəxs təyin olunacaq.


Emin Zamin oğlu Hüseynov əslən Lənkəran rayonundandır. Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. Müxtəlf yüksək vəzifələrdə çalışıb. 2016-cı ildən son təyinatına qədər isə maliyyə nazirinin müavini vəzifəsində çalışıb.
Emin Hüseynov hazırda I vitse-prezident Mehriban xanım Əliyevanın köməkçisidir.


Загрузка...


Oxunub: 7490 dəfə