Hərbi polisin sabiq rəisi vəfat etdi

  • Bölmə: Hərb  
  • Tarix: 21 may 2020 [13:39]

Hərbi polisin sabiq rəisi polkovnik-leytenant Bədir Həsənov 44 yaşında vəfat edib.

 

"Bizimesr" Bizimxeber.az-a istinadən xəbər verir ki, Bədir Həsənov dünən uzunsürən xəstəlikdən sonra komaya düşərək vəfat edib. Mərhum bu gün doğulduğu Şəmkir şəhərində dəfn ediləcək.

 

Xatırladaq ki, Bədir Həsənov 1997-ci ildə Bakı Alı Birləşmiş Komandirlər Məktəbinin məzunu olub. Peşəkar zabit karyerasına Füzuli rayonu ərazisindəki cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində tağım komandiri kimi başlayıb. Ön xətdə tabor komandiri vəsifəsinə qədər xidmət edib.


2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olub. Müdafiə nazirinin əmri ilə Hərbi Polis İdarəsinin rəis əvəzi vəfifəsini icra edib. General-polkovnik Zakir Həsənov nazir vəzifəsinə təsdiq olunduqdan 3 gün sonra imzaladığı əmrlə Hərbi Polis İdarəsinin rəis əvəzi Bədir Həsənovu vəzifəsindən azad edərək onun təyinatını cəbhə bölgəsinə aşağı vəzifəyə - tabor komandiri kimi verib.


Bir müddət sonra Bədir Həsənov tabor komandiri vəzifəsindən çıxarılaraq daha bir pillə aşağı vəzifəyə göndərilib. Daha sonra isə xəstəliyinə görə, ordu sıralarından tərxis olunub.


Загрузка...


Oxunub: 12430 dəfə