Biznesmen 6 min kitabdan ibarət kolleksiyanı erməni kilsəsinə bağışladı

  • Bölmə: Dünya  
  • Tarix: 19 may 2020 [12:40]

Rusiyalı biznesmen Samvel Karapetyanın “Taşir” Xeyriyyə Fondu 6000 kitabdan ibarət nadir kolleksiyanı Ermənistandakı Eçmiədzin kilsəsinə bağışlayıb. 

 

Bizimxeber.az xəbər verir ki, bu barədə Fondun saytından məlumat verilib. 


“Taşir” Fondu Eçmiədzin kilsəsinə 6 min kitabdan ibarət unikal bir ədəbi toplu bağışlayıb. Materiallar yaxın zamanda “Vaçe və Tamar Manukyan” adına Matenadaran Antik Əlyazmalar Araşdırma İnstitutunun qonaqlarına təqdim ediləcək. 


Bildirilib ki, kolleksiya ermənişünaslıq, tarixşünaslıq, tarix, biblioqrafiya, müxtəlif erməni və xarici dillində lüğətlər, ensiklopediyalar üçün dəyərlidir.


Загрузка...


Oxunub: 25480 dəfə