DİN KİV-ə müraciət edib

  • Bölmə: Siyasət  
  • Tarix: 18 may 2020 [14:05]

Daxili İşlər Nazirliyi (DİN) Kütləvi İnformasiya Vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.


DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, KİV nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən daxili işlər orqanları əməkdaşlarının, o cümlədən Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-video görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirmələri xahiş olunur:

 

"Hesab edirəm ki,  razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər. Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”.


Загрузка...


Oxunub: 8640 dəfə