ABŞ Venesuelanın neft tankerlərinə hücum edir

  • Bölmə: Dünya  
  • Tarix: 15 may 2020 [15:21]

Venesuela hökuməti ABŞ tərəfindən Venesuela neftini daşıyan və ölkəyə benzin yanacağı daşıyan gəmilərə hücum edildiyini bildirib.

 

Bizimxeber.az "Sputnik"-ə istinadən xəbər verir ki, bunu Venesuelanın Xarici işlər naziri Xorxe Arreaza Tvitter hesabında verdiyi açıqlamasında deyib:


“Dünyaya Beynəlxalq Cinayət Məhkəməsinə aparacağımıza dair daha çox sübut təqdim edirik. Epidemiyanın ortasında Vaşinqton neftimizi daşıyan və benzin gətirən gəmilərimizə təcavüz edir. Bu beynəlxalq qanunların və venesuelalıların fundamental hüquqlarının pozulmasıdır”.


Qeyd edək ki, bir müddət əvvəl bildirilmişdi ki, ABŞ Venesuelaya neft tədarük edən İrana tətbiq edilə biləcək tədbirləri nəzərdən keçirir.


Venesuela hökumətinin bu neftin müqabilində İrana tonlarla qızıl verdiyi iddia edilir.


Xatırladaq ki artıq İran Venesuelaya 5 neft tankeri yola salıb. 


Загрузка...


Oxunub: 18970 dəfə