Sabahın hava proqnozu

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 14 may 2020 [13:57]

Mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 


Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz  20-22 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz olacaq.   


Загрузка...


Oxunub: 11210 dəfə