Metrodan yalnız bu şəxslər istifadə edə bilər

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 8 may 2020 [15:40]

Metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.


Məlumata görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

 

Qeyd edık ki, Bakı Metropoliteni 9 may 2020-ci il saat 06.00-dan etibarən fəaliyyətini bərpa edəcək.


Загрузка...


Oxunub: 27680 dəfə