Ferguson Həbib Nurmaqomedovu təhqir etdi

  • Bölmə: İdman  
  • Tarix: 8 may 2020 [16:00]

Qarışıq təkbətək döyüşlərin amerikalı döyüşçüsü Toni Ferguson UFC-nin hazırkı çempionu Həbib Nurmaqomedovu qorxaqlıqda ittiham edib. 

 

Bizimesr.az-ın məlumatına görə bu barədə TASS xəbər verir.

 

Rusiyalı çempiona qarşı döyüşünün növbəti ləğvi ilə bağlı vəziyyəti şərh edən idmançı Nurməhəmmədovun döyüşmək istəmədiyini və "sanki, quyruğunu sıxmış İt kimi"qaçdığını bildirib. İrlandiyalı Conor McGregor haqqında da eyni sözlərin deyilə biləcəyini qeyd edən Ferguson bildirib:" onlar karantində evindədirlər, mən isə buradayam".


Daha əvvəl amerikalı Rusiya və İrlandiyalı döyüşçülərin peşəkar karyerasını başa vurmalı olduğunu söyləyib.


Qeyd edək ki, Nurmaqomedov yüngül çəki dərəcəsində fəaliyyət göstərən UFC çempionudur. Mövcud pandemiya səbəbindən aprel ayının 1-də UFC 249 turnirində iştirakdan imtina edib.


Загрузка...


Oxunub: 31090 dəfə