Holifild Taisonla döyüşə hazır olduğunu bildirib

  • Bölmə: İdman  
  • Tarix: 8 may 2020 [15:00]

Boks üzrə keçmiş dünya çempionu amerikalı Evander Holifild həmyerlisi Mayk Taysonla üçüncü döyüşü keçirməyə hazır olduğunu bildirib.

 

Bizimesr.az-ın məlumatına görə, bu barədə “Forbes” xəbər verib.

 

İdmançının sözlərinə görə, yaxşı pul təklif edilərsə duelə razıdır. Hələlik Holifild  nə qədər qonorar alacağını dəqiqləşdirməyib.


Qeyd edək ki, 57 yaşlı boksçu mayın 7-də bildirib ki, xeyriyyə məqsədi ilə mübarizədə iştirak etmək üçün rinqə qayıdacaq. Aprel ayında isə 53 yaşlı Tayson da rinqə qayıtdığını bəyan edib.


Загрузка...


Oxunub: 29610 dəfə