625 halda işəgötürənlər qanunvericiliyin tələblərini pozub

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan, müəssisə, idarə və təşkilatlardan və dövlət orqanlarından daxil olan müraciət və məktubların araşdırılaraq cavablandırılması, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması təmin olunub. Vətəndaşlardan daxil olmuş 8512 şikayət məzmunlu ərizə, eləcə də müəssisə, idarə və təşkilatlardan, dövlət orqanlarından daxil olmuş 2082 məktub araşdırılaraq müvafiq tədbir görülüb.

 

Bu barədə Nazirliyin 2019-cu il hesabatında məlumat verilib.


Qeyd edilib ki, DƏMX vəzifəli şəxsləri tərəfindən 1744 vətəndaş qəbul edilib, onların ərizə, şikayət və sorğuları araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. “Əmək müqaviləsi bildirişi” altsisteminin fəaliyyəti ilə bağlı dövlət orqanları, işəgötürənlər və vətəndaşlardan daxil olmuş 4240 sorğu cavablandırılıb və altsistemin fəaliyyəti ilə bağlı texniki yardımın göstərilməsi təmin olunub.


Загрузка...


Oxunub: 22200 dəfə