Sumqayıtda 2 avtobus toqquşdu - 14 nəfər xəsarət aldı

  • Bölmə: Hadisə  
  • Tarix: 8 may 2020 [10:45]

Sumqayıt şəhərinin çıxışında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.


İlkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.


Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.


Son məlumatlara əsasən artıq xəsarət alan 14 nəfərdən 12-si evə buraxılıb.


Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.


Загрузка...


Oxunub: 27440 dəfə