Prezident: Turizm karantin rejimindən ən axırda çıxacaq

“Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir”. 

 

Bunu Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib.


Dövlət başçısı bildirib ki, artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur: “Tədrisin rus dilində aparıldığı məktəblərə gəldikdə isə onların sayı artıq 340-a çatır. Bütün bunlar artıq qazanılmış potensialdır. Əlbəttə, bu il turizm sahəsində böyük tənəzzül olacağı təəssüf doğurur. Çünki ənənəvi olaraq Azərbaycan vətəndaşları Rusiyaya, Rusiya vətəndaşları Azərbaycana səfər ediblər, turist axınının artımı daim yaxşı rəqəmlərdə əksini tapıb. Lakin pandemiya nəzərə alınaraq, qarşılıqlı razılıq əsasında ölkələrimiz arasında sərhədlər bağlanıb. Buna görə də yəqin ki, turist axını və turizm sahəsi karantin rejimi prosesindən ən axırda çıxan sahələr olacaq”.


Загрузка...


Oxunub: 13570 dəfə