Evander Holifild də rinqə qayıtdı

  • Bölmə: İdman  
  • Tarix: 7 may 2020 [12:00]

Ağır çəkidə keçmiş boks üzrə dünya çempionu amerikalı Evander Holifild rinqə qayıdacaq. 


Bizimesr.az xəbər verir ki, bu barədə o, Twitter hesabında elan edib.


57 yaşlı amerikalı xeyriyyə məqsədi ilə mübarizədə iştirak edəcəyini bildirsə də döyüşü barədə heç bir açıqlama verməyib.


Qeyd edək ki, aprelin 25-də 53 yaşlı Mayk Tayson da rinqə qayıdışı barədə bəyan edib.


O, həmçinin xeyriyyə turnirləri ilə maraqlandığını qeyd edib. Daha sonra keçmiş mütləq dünya çempionu pəncələrinə zərbələr endirən bir video yayımlayıb və bu, sosial şəbəkələrdə şiddətli bir reaksiya yaradıb.


Mayın 6-da avstraliyalı promouter Brayan Amatruda Amerika təmsilçisi ilə əlaqə saxladığını və Taysona boks döyüşünə görə milyon dollar təklif etdiyini bildirib.


Xatırladaq ki, 1997-ci ildə Tayson Holifildə qarşı qisas oyunu zamanı rəqibinin qulağını  dişləmişdi. Nəticədə, duel dayandırılmış və o, diskvalifikasiya edilməklə 3 milyon dollar cərimələnib.
Holifild son duelini 2011-ci ildə keçirib. Onun hesabında 44 qələbə və 10 məğlubiyyət var. Onun iştirakı ilə iki döyüş heç-heçə başa çatıb.


Загрузка...


Oxunub: 23570 dəfə