Putin Kim Çen Inı mükafatlandırdı

  • Bölmə: Dünya  
  • Tarix: 6 may 2020 [13:39]

Rusiya prezidenti Vladimir Putin son zamanlarda səhhəti ilə bağlı gündəmdə olan Şimali Koreya lideri Kim Çen İni İkinci Dünya Müharibəsinin 75-ci il dönümü ilə bağlı mükafatlandırıb.

 

Bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi açıqlama yayıb. Məlumatda bildirilib ki, Kim Çen İn ölkəsində İkinci Dünya Müharibəsində həyatını itirən sovet əsgərlərinin xatirəsini əbədiləşdirmə səylərinə görə medala layiq görülüb.


Şimali Koreya liderinin medalını səfir Aleksandr Matsiqora bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edib. Qaynarinfo 


Загрузка...


Oxunub: 15660 dəfə