Niyə dövlət aktyorlara qayğı göstərmir…” Öləndən sonra tərifləyib, göyə qaldırırlar”

Teatrdan uzaqlaşan, işsizlikdən gileylənən aktyor Allahverdi Yolçuyev aylar öncə “Xəzər TV”də fəaliyyət göstərən dublyaj redaksiyasından 25 manat pul aldığını söyləyib:


“Gənc Tamaşaçılar Teatrından çoxdan ayrılmışam. Sonuncu dəfə orada 60 illik yubileyimlə əlaqədar “Türk əsəri” tamaşasında çıxış etdim. Biz aktyorlarla heç kim maraqlanmır. Aktyor heç kimə lazım deyil. Tək mən deyiləm. Aktyora pul verməklə deyil. Onun həyatı səhnədir. Aktyor səhnəyə gəlib, orada da ölməlidir. Aktyoru təqaüdə çıxararlar? Bu, dünyanın heç bir ölkəsində yoxdur.
Təqaüd almıram. Heç təqaüd yaşım da deyil. Qapı-qapı gəzməyi sevmirəm. İndi dublyaj da yoxdur.

 

“Xəzər TV”nin dublyajına ara-sıra gedirdim. İndi karantinə görə ora da fəaliyyətini dayandırıb. Heç bilinmir, nə zaman açılacaq. Həftədə bir-iki dəfə gedirdim. 20-25 manat pul verirdilər”.

 

Maddi baxımdan sıxıntı çəkən A.Yolçuyev yaşamaq və ailəsini saxlamaq üçün mübarizə etdiyini və vəziyyətinin pis olduğunu bildirib: “İnsanlara bacardığım qədər kömək olmuşam. Onları bu sənət yolunda önə çəkmişəm. Efirə çıxarmışam. Amma heç kimi qınamıram. Heç kimi də məcbur etmirəm ki, mənə yardım etsin. Hamımız ölüb gedəcəyik bu dünyadan. Öləndən sonra tərifləyib, göyə qaldırırlar. Sağlığında insana dəyər və qiymət vermək lazımdır.


Evimi satışa çıxarmalıyam ki, ailəmi dolandırım? Camaata ev verirlər, mən isə evimi satmalıyam ki yaşayım...”


BİG.az


Загрузка...


Oxunub: 21290 dəfə