Turistlər üçün mövsümü açan ilk üç ölkə bəlli oldu

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 4 may 2020 [16:41]

Koronavirus pandemiyasından sonra turistlər üçün qapısını ilk açan Yunanıstan, İtaliya və Türkiyə olacaq. 

 

Bizimesr.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Praym” agentliyinə politoloq Dmitri Abzalov məlumat verib.


Politoloqun fikrincə, kütləvi turizm marşrutlarının yayın ortalarından əvvəl açılmasını gözləməyə dəyməz.


Abzalov hesab edir ki, iqtisadiyyatı daha çox çimərlik turizmindən asılı olduqları üçün Türkiyə, İtaliya və Yunanıstan turistləri başqalarından daha əvvəl qəbul etməyə başlayacağı gözlənilir.
Politoloqa görə, hər bir halda Avropada yay turizm mövsümü itiriləcək, çünki ənənəvi olaraq turistlər yerləri yazda bron edirlər ki, məlum səbəbdən indi bunu edə bilməyiblər.


Загрузка...


Oxunub: 9400 dəfə