Kimə xəyanət edənləri pis günlər gözləyir- Kimin yox olma sirri bəli oldu

  • Bölmə: Dünya  
  • Tarix: 4 may 2020 [16:29]

Şimali Koreya lideri Kim Çen Inın 3 həftə ərzində görünməməsinin səbəbi bəlli olub.

 

Məlumata görə, Kim qəsdən onun haqqında "Ölü" iddialarını yaydırıb və bunu 3 həftə ərzində onun yoxluğuna kimin sevinəcəyini görmək istədiyi üçün edib.

 

Şimali Koreya liderinin üç həftəlik müəmmalı şəkildə yoxa çıxması ilə əlaqədar bir iddia Avstraliyadan gəlib. Avstraliyanın aparıcı televiziya kanallarından biri olan "Sky News Australia"-dan jurnalist Ceyms Morrov Kimin sağlamlıq problemləri səbəbiylə deyil, siyasi düşüncə səbəbiylə bir müddət yoxa çıxdığını iddia edib.Təcrübəli jurnalist Ceyms Morrov 36 yaşlı Şimali Koreya liderinin yaxın heyəti arasında xəyanətini hazırlayanları müəyyənləşdirmək üçün belə bir əməliyyat keçirdiyini söyləyib.

 

Jurnalist həmçinin tezliklə həbslərin Şimali Koreyada başlayacağına şübhə etmədiyini açıqlayıb.

 


Sonxeber


Загрузка...


Oxunub: 23290 dəfə