Bu sektorda kreditləşmə 14% azalıb

Bu ilin aprelin 1-nə nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 189,3 mln. manat və ya 13,9% azalaraq 1 168,5 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu aylıq müqayisədə 4 mln. manat və ya 0,3% azalıb.

 

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,5% təşkil edib ki, bu da mart ayı ilə müqayisədə dəyişməz olaraq qalıb, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 2,9 faiz bəndi azalıb.


Загрузка...


Oxunub: 8270 dəfə